Thumbnail Image

Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı










Also available in:
No results found.

Related items

Showing items related by metadata.

  • Thumbnail Image
    Brochure, flyer, fact-sheet
    Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemləri Nədir?
    GIAHS
    2021
    Also available in:

    Layihə Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemləri (GİAHS) vasitəsilə yerli ərzaq irsini təşviq edəcək inklüziv aqro-ərzaq sistemlərini dəstəkləməklə, Azərbaycanın şimal-qərb regionunda yerləşən kənd yerlərində həyat səviyyəsinin yaxşılaşdırılmasına, həmçinin, ayrı-ayrı ərzaq məhsulları üçün inklüziv və səmərəli dəyər zəncirlərinin inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir. Eyni zamanda, Layihə, kiçik kənd fermerləri üçün bölgədə (həm dövlət, həm özəl) əlçatan və münasib icma əsaslı konsultasiya və məlumat xidmətlərini təşviq edəcəkdir. Əsas üstünlük kənd təsərrüfatı ərzaq irsinə, yerli brendlərə, keyfiyyət nişanlarına və biomüxtəliflik resursları ətrafında bazar təşəbbüslərinin inkişaf etdirilməsinə verilir. Əsas diqqət milli mətbəx kampaniyalarına, qadınların və kənd yerlərində yaşayan gənclərin yerli kənd təsərrüfatı və ərzaq sistemlərinə cəlb olunması yolunda ehtiyaclarının qarşılanmasına yönəldilib. Layihə yerli istehsal təsərrüfatlarının unikal xüsusiyyətlərinə və kənd turizmi imkanları üçün cəlbediciliyə əsaslanaraq seçilmiş pilot regionlarda yerli kənd təsərrüfatı və ərzaq istehsalçılarına məqsədyönlü dəstək göstərəcəkdir. Bu, gələcəkdə inklüziv və səmərəli dəyər zəncirinin yaradılması üçün biznes mühitini gücləndirəcək və kənd təsərrüfatı irsi sistemlərinin əhəmiyyətinin milli səviyyədə tanınmasını yüksəldəcəkdir.
  • Thumbnail Image
    Book (stand-alone)
    Azərbaycanda qoyunçuluq üzrə dəyər zəncirinin inkişafı – 2025-ci ilə baxış 2022
    Also available in:

    İribuynuzlu mal-qara və qoyunların yetişdirilməsi Azərbaycanda ən çox üstünlük verilən və məhsuldar heyvandarlıq növü olduğundan, qoyunçuluq sektoru böyük əhəmiyyət kəsb edir. Qoyunçuluq sektoru əhəmiyyətli qida mənbəyi (ət və pendir) və kənd yerlərində yaşayış vasitəsidir. Hazırda sektorda tələb və təklifin dəyişməsi ilə əlaqədar narahatlıq doğuran vəziyyət yaranıb. Bu problemlərin həlli üçün direktiv orqanlar yarım-intensiv və intensiv kənd təsərrüfatı metodları əsasında kommersiya fermaları ilə müasir qoyunçuluq sektoruna keçməyi nəzərdə tuturlar. Bu baxımdan, dəyər zənciri üzrə bu tədqiqat “FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı” layihəsi çərçivəsində Azərbaycanda qoyunçuluq sektorunun transformasiyası üzrə strateji baxış və fəaliyyət istiqamətlərinin təmin edilməsi üçün hazırlanaraq təqdim edilmişdir. Dəyərin zəncirinin tədqiqinin nəticələrinin təhlili Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətin əsas sahələrini və hökumətin və çoxtərəfli qurumların inkişaf sahəsində digər təşəbbüslərini müəyyənləşdirməyə kömək edəcəkdir. Dəyər zəncirinə əsaslanan yanaşma çərçivəsində əsas subyektlər və onların funksiyaları istehsaldan son bazara qədər olan dəyər zəncirində, eləcə də onların arasındakı əlaqələr kontekstində nəzərdən keçirilir. Burada, həmçinin sektora aid olan siyasət, tənzimləmə və institusional mühit məsələləri də nəzərdən keçirilir.
  • Thumbnail Image
    Brochure, flyer, fact-sheet
    MƏRKƏZİ ASİYA, AZƏRBAYCAN VƏ TÜRKİYƏDƏ ƏRZAQ İTKİSİ VƏ TULLANTILARININ AZALDILMASI 2022
    Türkiyə Respublikası Hökuməti tərəfindən maliyyələşdirilən bu layihənin məqsədi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistana ərzaq itkisi və tullantılarını azaltmaq üçün tədbirlər hazırlamaqda kömək etməkdir. Xüsusilə, layihə resipiyent ölkələrə aşağıdakı məsələlərdə dəstək verəcək: • ƏİT-nin azaldılması məqsədilə gender amilləri nəzərə alınmaqla milli strateji siyasət və fəaliyyət planlarının hazırlanması; • ƏİT-lə əlaqədar məlumat toplama sistemlərinin yaradılması, həmçinin ƏİT-nin ölçülməsi və monitorinqi; • biliklərin idarə edilməsinin və bacarıqların təkmilləşdirilməsi; • istehlakçılar da daxil olmaqla bütün sektorlardakı iştirakçılar arasında milli və regional səviyyədə heç kimi nəzərdən qaçırmamaqla ƏİT-lə əlaqədar (səbəblər, təsirlər və həll yolları) məlumatlılığın artırılması.

Users also downloaded

Showing related downloaded files

No results found.