Thumbnail Image

Torpaq Deqradasiyası Neytrallığına Nail Olmuş Azərbaycana Doğru / Towards a Land Degradation-Neutral Azerbaijan

GCP/AZE/019/GFF









Also available in:
No results found.

Related items

Showing items related by metadata.

  • Thumbnail Image
    Book (series)
    Kənd təsərrüfatı və kənd yerlərində gender aspektlərinin qiymətləndirilməsi - Milli Gender Profili
    Azərbaycan Respublikası
    2022
    Also available in:

    Azərbaycan Respublikası üçün Ölkə üzrə Gender Qiymətləndirilməsi (ÖGQ) hesabatı FAO-nun və ölkənin gender perspektivini öz fəaliyyətlərinə daxil etməklə gender bərabərliyini təşviq etmək üzrə öhdəliklərinin bir hissəsi kimi hazırlanmışdır. ÖGQ hesabatında əsas diqqət gender, kənd təsərrüfatı və kənd yerlərinin inkişafının ortaq nöqtələrinə yönəldilmişdir. Qiymətləndirməyə, gender rolları və qadınlarla kişilər arasında məhsuldar resurslara, məlumat və informasiyaya çıxışla bağlı fərqlər nəzərə alınmaqla, kənd təsərrüfatının yaxşılaşdırılması və genderə həssas yanaşma əsasında kənd icmalarının inkişafına dair tövsiyələr daxildir. Ölkə üzrə Gender Qiymətləndirilməsinin işlənib hazırlanması və yekunlaşdırılması prosesinə nəzarət FAO-nun Azərbaycan Respublikasındakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) vasitəsilə maliyyələşdirilən və 2020-ci ildə start verilmiş Azərbaycanda “Qadınların iqtisadi güclərinin artırılması yolu ilə ərzaq təhlükəsizliyi və kənd yerlərində yaşayış imkanlarının yaxşılaşdırılması” layihəsi çərçivəsində yerinə yetirilmişdir.
  • Thumbnail Image
    Book (stand-alone)
    Azərbaycanda qoyunçuluq üzrə dəyər zəncirinin inkişafı – 2025-ci ilə baxış 2022
    Also available in:

    İribuynuzlu mal-qara və qoyunların yetişdirilməsi Azərbaycanda ən çox üstünlük verilən və məhsuldar heyvandarlıq növü olduğundan, qoyunçuluq sektoru böyük əhəmiyyət kəsb edir. Qoyunçuluq sektoru əhəmiyyətli qida mənbəyi (ət və pendir) və kənd yerlərində yaşayış vasitəsidir. Hazırda sektorda tələb və təklifin dəyişməsi ilə əlaqədar narahatlıq doğuran vəziyyət yaranıb. Bu problemlərin həlli üçün direktiv orqanlar yarım-intensiv və intensiv kənd təsərrüfatı metodları əsasında kommersiya fermaları ilə müasir qoyunçuluq sektoruna keçməyi nəzərdə tuturlar. Bu baxımdan, dəyər zənciri üzrə bu tədqiqat “FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı” layihəsi çərçivəsində Azərbaycanda qoyunçuluq sektorunun transformasiyası üzrə strateji baxış və fəaliyyət istiqamətlərinin təmin edilməsi üçün hazırlanaraq təqdim edilmişdir. Dəyərin zəncirinin tədqiqinin nəticələrinin təhlili Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətin əsas sahələrini və hökumətin və çoxtərəfli qurumların inkişaf sahəsində digər təşəbbüslərini müəyyənləşdirməyə kömək edəcəkdir. Dəyər zəncirinə əsaslanan yanaşma çərçivəsində əsas subyektlər və onların funksiyaları istehsaldan son bazara qədər olan dəyər zəncirində, eləcə də onların arasındakı əlaqələr kontekstində nəzərdən keçirilir. Burada, həmçinin sektora aid olan siyasət, tənzimləmə və institusional mühit məsələləri də nəzərdən keçirilir.
  • Thumbnail Image
    Brochure, flyer, fact-sheet
    Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL)
    UTF/AZE/013/AZE
    2022
    Also available in:

    15 fevral 2019-cu il tarixindən etibarən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində “Aqrar Məşğulluğunun Artırılması Layihəsi” (AMAL) layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi kənd yerlərində yaşayan gənclərin, o cümlədən həssas qruplardan olanların, zəruri bacarıqların inkişafı, bazara çıxış və maliyyə imkanları, eləcə də Layiqli Kənd Məşğulluğu üçün özünüməşğulluq və sahibkarlıq imkanlarını artırmaqdır. Bu broşura layihənin əsas nailiyyətlərini ehtiva edir.

Users also downloaded

Showing related downloaded files

No results found.