Thumbnail Image

Qafqaz və Mərkəzi Asiyada yayılmış sürü əmələ gətirən üç növ çəyirtkələrə dair təlimat

Biologiyası, ekologiyası və davranışı










FAO. 2022. Qafqaz və Mərkəzi Asiyada yayılmış sürü əmələ gətirən üç növ çəyirtkələrə dair təlimat - Biologiyası, ekologiyası və davranışı. Roma.



Related items

Showing items related by metadata.

  • Thumbnail Image
    Book (stand-alone)
    Qafqaz və Mərkəzi Asiyada çəyirtkə əleyhinə mübarizədə pestisid riskinin azaldılmasına dair praktik təlimatlar 2022
    Təlimatlarda çəyirtkələrə qarşı mübarizə kampaniyalarından əvvəl, kampaniya zamanı və sonra insektisidlərlə işləmə və istifadə riskləri, həmçinin bu riskləri minimuma endirmək üçün görülə biləcək tədbirlər müzakirə olunur. Təlimat üç növ işçi heyətini hədəfləyir: 1) Qərar qəbul edənlər və kampaniya təşkilatçıları – məsələn, çəyirtkələrlə mübarizə şöbəsinin rəhbər işçiləri – mübarizə kampaniyasından əvvəl, kampaniya zamanı və ondan sonra risklərin azaldılmasının təşkilati aspektləri üzrə rəhbərlik edən; 2) Kampaniya zamanı qabaqcıl təcrübələr və risklərin azaldılması tədbirləri üzrə rəhbərlik edən çəyirtkələrə qarşı mübarizə işçiləri – yəni müşahidə qrupunun nəzarətçiləri, pestisid tətbiq edənlər, sürücülər, anbardarlar; 3) Monitorinq briqadası- insan sağlamlığı və ətraf mühitin monitorinqi üzrə ixtisaslaşmış qruplar -çəyirtkələrə qarşı mübarizə əməliyyatlarının insektisidlərin tətbiqi, effektivliyi, insan sağlamlığı və ətraf mühit aspektlərinin monitorinqi üçün rəhbərliyə və qabaqcıl təcrübələrə ehtiyacı olan monitorinq işçiləri. Təlimatlar çəyirtkə ilə mübarizə kampaniyasının əsas mərhələlərindən sonra strukturlaşdırılmışdır. İlk olaraq, kampaniyanın hazırlanması zamanı riskin azaldılması tədbirləri, o cümlədən insektisidlərin seçimi, fövqəladə hallar planları, fərdi mühafizə vasitələri, insan sağlamlığı və ətraf mühitin monitorinqi və təlimi müzakirə olunmuşdur. İkinci bölmə çəyirtkə ilə mübarizə əməliyyatları zamanı ətraf mühit və sağlamlıq risklərini təsvir edir. İnsektisidlərin daşınması və saxlanması, Fərdi Mühafizə Vasitələrindən istifadə, insektisid tətbiqləri, boş konteynerlərin idarə edilməsi, insan sağlamlığı və ətraf mühit risklərinin monitorinqi əhatə olunmuşdur. Üçüncü bölmə nəzarət kampaniyası başa çatdıqdan sonra boş qabların idarə olunması, qalan pestisidlər və ya sonrakı monitorinq kimi fəaliyyətləri müzakirə edir. Sənədin sonundakı Seçilmiş İstinadlar bu təlimatlarda müzakirə olunan müxtəlif mövzulara keçidlər təqdim edir.
  • Thumbnail Image
    Book (stand-alone)
    Azərbaycanda qoyunçuluq üzrə dəyər zəncirinin inkişafı – 2025-ci ilə baxış 2022
    Also available in:

    İribuynuzlu mal-qara və qoyunların yetişdirilməsi Azərbaycanda ən çox üstünlük verilən və məhsuldar heyvandarlıq növü olduğundan, qoyunçuluq sektoru böyük əhəmiyyət kəsb edir. Qoyunçuluq sektoru əhəmiyyətli qida mənbəyi (ət və pendir) və kənd yerlərində yaşayış vasitəsidir. Hazırda sektorda tələb və təklifin dəyişməsi ilə əlaqədar narahatlıq doğuran vəziyyət yaranıb. Bu problemlərin həlli üçün direktiv orqanlar yarım-intensiv və intensiv kənd təsərrüfatı metodları əsasında kommersiya fermaları ilə müasir qoyunçuluq sektoruna keçməyi nəzərdə tuturlar. Bu baxımdan, dəyər zənciri üzrə bu tədqiqat “FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı” layihəsi çərçivəsində Azərbaycanda qoyunçuluq sektorunun transformasiyası üzrə strateji baxış və fəaliyyət istiqamətlərinin təmin edilməsi üçün hazırlanaraq təqdim edilmişdir. Dəyərin zəncirinin tədqiqinin nəticələrinin təhlili Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətin əsas sahələrini və hökumətin və çoxtərəfli qurumların inkişaf sahəsində digər təşəbbüslərini müəyyənləşdirməyə kömək edəcəkdir. Dəyər zəncirinə əsaslanan yanaşma çərçivəsində əsas subyektlər və onların funksiyaları istehsaldan son bazara qədər olan dəyər zəncirində, eləcə də onların arasındakı əlaqələr kontekstində nəzərdən keçirilir. Burada, həmçinin sektora aid olan siyasət, tənzimləmə və institusional mühit məsələləri də nəzərdən keçirilir.
  • Thumbnail Image
    Book (series)
    Südçülük Təsərrüfatlarinin Səmərəli İdarə Olunmasina Dair Təlimat 2022
    Dünyada südçülük təsərrüfatlarının istehsal sistemləri gəlirliliyi insan və heyvanların sağlamlığı, heyvanlara qayğı və ətraf mühitin qorunması məsuliyyəti ilə əlaqələndirməyi bacarmalıdır. Eyni zamanda, südçülük təsərrüfatlarına tədarük zəncirinin əsas istehsalçıları kimi emal müəssisələrinin və müştərilərin tələbatını ödəyən istehsal üsullarını mənimsəməklə öz məhsullarına dəyər əlavə etmək imkanı verilməlidir. Bu Təlimatda süd istehsal edən ayrı-ayrı fermerlərə öz fermalarında bu məqsədlərə necə nail ola biləcəyinə dair fəal tövsiyələr yer almışdır. Südçülük təsərrüfatlarının səmərəli idarə olunmasına həsr olunmuş hazırkı Təlimat istənilən süd məhsulu istehsalı ilə məşğul olan südçülük təsərrüfatları üçün praktiki formatda yazılmışdır. Hazırkı Təlimat tətbiq olunarsa, təhlükəsiz, keyfiyyətinə zəmanət verilən süd və süd məhsullarının istehsalına və marketinqinə dəstək verəcək. Təlimatda təsərrüfat səviyyəsində istehlakçı təhlükəsizliyi ilə iqtisadi, sosial və ətraf mühitin idarə edilməsi arasındakı əlaqəyə diqqət yetirilmişdir.

Users also downloaded

Showing related downloaded files

No results found.